Əfsanəvi ingilis futbolçu: “Ümidvaram ki, məcburi köçkünlər tezliklə öz yurd-yuvalarına qayıdacaqlar”
06 aprel, 2016 16:45
Toni Adams münaqişənin yenidən alovlanması, mülki şəxslərin yaralanması, qətlə yetirilməsi, eləcə də, yaşayış məntəqələrinin dağıdılmasının yolverilməz olduğunu bildirib:
“Mən, Azərbaycanda yaşadığım müddətdə dəfələrlə azərbaycanlı məcburu köçkünlərlə görüşmüşəm, onların düçar olduğu problemlərlə yaxından tanışam. Onların dərdinə şərik çıxıram. Ümidvaram ki, onlar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar”.
Məlumat üçün bildirək ki, Toni Adams Böyük Britaniyanın demək olar ki, ən məşhur və tanınan futbolçuları sırasındadır. “Cənab Arsenal” kimi tanınan bu əfsanəvi idmançı 22 illik karyerası müddətində 500 dəfə komanda tərkibində oyunlarda iştirak edib və İngiltərə millisi üçün 66 kubok qazanıb. Həmçinin, o, milli komandanın kapitanı olub.
2010-cu ildən başlayaraq, o, Azərbaycanda çalışır. Əvvəlcə, “Qəbələ” Futbol Klubunun baş məşqçisi vəzifəsində, daha sonra “Qəbələ” İdman Klubunun Futbol Direktoru kimi fəaliyyət göstərməyə başlayıb.