“Nizami”də bundan sonra milli filmlərin pulsuz nümayişi olacaq!
06 aprel, 2016 16:44
Həftə ərzində tamaşaçılara rejissor Elxan Cəfərovun “Dolu”, Ceyhun Mirzəyevin “Fəryad”, Samir Kərimoğlunun “Mən evə qayıdıram” filmləri nümayiş olunacaq.
Nümayişlərin məqsədi tələbə və gənclərin yerli filmlərə marağının artırılması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.
Filmlərin seansları haqqında informasiyanı “Nizami” Kino Mərkəzinin “Facebook” səhifəsindən öyrənmək mümkündür (https://www.facebook.com/NizamiCinema?rf=482176415135559).