Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Hüquqi və fiziki şəxslərə qarşı 72 min manat ödəmə tətbiq edilib"
06 aprel, 2016 16:43
Ümumilikdə 34 iş üzrə 35 min 720 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 21 min 139.81 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 153 iş üzrə 72 min 237.37 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, icra qurumlarına 12, məhkəmələrə isə 2 iş göndərilib.