Ermənistana turist səfərinə hazırlaşanlar biletlərini geri qaytarırlar
06 aprel, 2016 16:40
“Avisales”in mətbuat cidmətindən RNS-ə bildirilib ki, Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması əcnəbi turistlərin Ermənistana bilet sifarişinin 25 faiz azalmasına səbəb olub. İşğalçı ölkəyə səfər tələbatının azalması aprelin 2-dən müşahidə edilir.
Qeyd olunur ki, Ermənistan Rusiya vətəndaşlarının turizm istiqamətləri arasında ilk yerlərdə dayanır. İstirahət üçün xaricə üz tutan rusiyalıların 4 faizi Ermənistana yollanır.