İlham Əliyev: “Ermənistan tərəfinin hücumunun qarşısı alınıb, qarşı tərəfə lazımi cavab verilib”
04 aprel, 2016 15:40
AZƏRTAC-a istinadən xəbər verir ki, Belarus Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.
Prezident İlham Əliyev Belarus Prezidentini son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib.