Xəbərlər

Gənc Tamaşaçılar Teatrının butaforçu rəssamı uzun sürən xəstəlikdən sonra vəfat edib
04 aprel, 2016 15:39
Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı butaforçu rəssamı, əməkdar mədəniyyət işçisi Triandafelidze Konstantin Xristoforoviç uzun sürən xəstəlikdən sonra vəfat edib.   
 
K. Triandafelidze 1927-ci ildə Bakıda doğulub. Uşaqlıqdan incəsənətə maraq göstərib, rəsm çəkməyə meyilliyi onu rəsm dərnəyinə yazılmağa sövq edib. 1941-ci ildə “Nizami” kinoteatrında rəssam şagirdi kimi işə qəbul olunub, 1942-ci ildə "Vano Sturua" zavoduna istehsalat ustasının köməkçisi vəzifəsinə göndərilib. Əmək fəaliyyəti ilə yanaşı, rəssamlıq məktəbində də təhsilini davam etdirən K. 
 
Triandafelidze 1951-ci ildə məktəbi bitirib. Rus Dram Teatrında rəssam kimi fəaliyyət göstərən müəllimləri gənc Konstantinin istedadını nəzərə alıb onu teatrda butafor sənətinə gətirirlər. 1951-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Adil İsgəndərov onun əl işlərini bəyənərək teatra dəvət edib. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram  Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.
         
1982-ci ildə Xalq təsərrüfatı Nailiyyətləri Sərgisində təbiət qoynunda guşənin tərtibinə görə Azərbaycan SSR Mədəniyət Nazirliyinin  təşəkkürnaməsi ilə təltif edilib.
          
1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətninə görə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.    
Teatra qəbul olunduğu gündən mürəkkəb dekorasiya və butaforların hazırlanmasında xüsusi səy göstərən sənətkar hər zaman səmərəli təklifləri ilə tamaşaların bədii tərtibatının uğurlu alınmasına çalışaraq istedad və təfəkkürü sayəsidə özünü peşəkar sənətkar kimi təsdiq edib.  
 
Teatrdakı fəaliyyəti ilə yanaşı, şəxsi emalatxanasında yaradıcılıqla məşğul olan sənətkarın rəsm əsərləri və hazırladığı maketlər nəinki respublikamızda, həmçinin şəhərimizin qonaqlarının da diqqətini cəlb edərək, yaratdığı sənət nümunələri Amerika, Almaniya, Kambocadan gələnlərin böyük marağına səbəb olub.
 
1974-cü ildən vəfat edənə qədər Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq həmin sexə rəhbərlik edib.
 
Konstantin Xristoforoviç Triandafelidzenin əziz xatirəsi teatr ictimaiyyətinin və onu tanıyanların qəlbində uzun müddət yaşayacaq.
             
Allah rəhmət eləsin!
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.