Qarabağda gedən döyüşlərlə bağlı daha bir təşkilatdan bəyanat
04 aprel, 2016 15:38
Bu tarixdən 23 il sonra 02 aprel 2016-ci il tarixdə Ermənistan Respublikası Silahlı Qüvvələri gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın möqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb:
“Ermənistan Respublikası Silhalı Qüvvələrinin iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşi nəticəsində mülki əhali arasında itkilər var. Ermənistan Respublikası Silhalı Qüvvələrinin təxribatnı dəf edərən Azərbaycan ordusunun 12 hərbiçisi həlak olub.
Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarını xatırladaraq dünya birliyini təxribatçı hərəkətlərə son qoyulması üçün Ermənistana təsir göstərməyə çağırır”.
Həmçinin vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi BMT, Avropa Şurası, Avropa Parlamentinin müvafiq qətnamə və sənədlərində əks olunub:
“Dağlıq Qarabağ münaqişəsinin davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır.
Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması hərbi əməliyyatların bərpa olunmasının, regionda davamlı sülh və əmin-amanlığın bərqərar olması üçün beynəlxalq birliyi, BMT, ATƏT, ATƏT-in Minsk Qrupunu, Avropa İttifaqı, Avropa Şurasını Azərbaycanının ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması üçün səylərini artırmağa çağırırıq”.