“Rossiyskaya qazeta”nın saytına istinadən məlumatına görə, bu barədə amerikalı ekoloqların araşdırmaların nəticələri “Nature” jurnalında dərc edilib.
“Əgər iki il bundan əvvəl BMT-nin hesabatında maksimum 2100-cü ilədək Dünya okeanının səviyyəsinin 98 santimetr qalxacağı güman olunurdusa, onda amerikalıların tədqiqatları artımın 1,5 metrə çatacağını göstərir.
Bu, Nyu-York, Şanxay, Amsterdam və digər sahilyanı şəhərlər üçün təhlükə yaradacaq”, -deyə iqlimşünas, Massaçusets Universitetinin əməkdaşı Robert De Konto deyib.
Alimlərin nəticələri 125 min il əvvəl baş verən qlobal istiləşmə üzrə tədqiqatlara əsaslanır.
Antarktida buzların əriməsini sürətləndirən amillərdən biri hidroqırılma effekti ola bilər; ərimiş su buz üstündə olan sahələrə də dolur, donaraq genişlənir və onları parçalayır.
Dünya okeanının səviyyəsi 1900-cü ildən 20 santimetr qalxıb.
Alimlərin proqnozlarına görə, qlobal istiləşmə davam edərsə, 2500-cü ilədək daha 13 metr qalxa bilər.