Təyyar Bayramov "Зов Урала" beynəlxalq müsabiqəsində qalib olub
01 aprel, 2016 12:55
Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyanın müəllimi Təyyar Bayramov 27-30 mart tarixlərində Rusiyanın Başqırdıstan Respublikasında keçirilən "Зов Урала" adlı Xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.
Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarus, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak ediblər. Müsabiqə ümumilikdə 500 nəfər tərkibdən ibarət olub.
Azərbaycan nümayəndə heyətinin tərkibində Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunub.