Xəbərlər

Rafiq Babayevin doğum günüdür
31 mart, 2016 15:20
1943-cü ildə musiqi məktəbinə daxil olan Rafiq Babayev 1950-ci ildə həmin məktəbi bitirir və A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur. R.Babayev məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirir.
 
1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilib. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxıb. O, Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olub.
 
1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilib. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayıblar. R.Babayev bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görüb. Bütün bu illər ərzində o, caz musiqisi sahəsində yaradıcı işini də davam etdirib. Caz festivallarında iştirak edib.
 
1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun “Bayatı-kürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər.
 
Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olub.
 
1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil edir. Musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.
 
R.Babayevin fitri istedadı, yüksək professionalizmi və qeyri-adi əməksevərliyi yüksək qiymətləndirilib.
 
1993-cü ildə ona xalq artisti adı verilib.
 
Rafiq Babayev 1994-cü il martın 19-da Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında törədilən terror aktı nəticəsində vəfat edib. Onun faciəli şəkildə həlak olması təkcə Azərbaycan xalqını deyil, bütün dünya musiqi ictimaiyyətini sarsıtdı.
 
1994-cü il martın 19-da heç bir günahı olmayan onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Bunlardan biri də Rafiq Babayev idi. Metro stansiyasında baş vermiş partlayış nəticəsində bu gözəl musiqiçi, həyatsevər insan yaradıcılığının ən mühüm və məsul dövründə həyatla vidalaşdı.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.