Nigar Məmmədova İbrahim Alışovun müavini təyin olundu
30 mart, 2016 13:59
AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Nigar Ramiz qızı Məmmədova Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilsin”.