“Nou Kamp” stadionu Yohan Kroyfun adını daşıya bilər
29 mart, 2016 14:17
“Sport” qəzetinə istinadən xəbər verir ki, martın 29-da klubun direktorlar şurası məsələnin müzakirəsi üçün növbədənkənar yığıncaq təşkil edəcək.
İclasda kataloniyalı azarkeşlərin “Nou Kamp”ın adını dəyişdırılıb əfsanəvi hollandın adına verilməsi təklifi ilə yanaşı Kroyfun çıxış etdiyi “14” nömrəsinin əbədiləşdirilməsi məsələsi də gündəmdə olacaq.
Hazırda bu nömrə ilə “Barselona”nın yarımmüdafiəçisi Havyer Maskerano çıxış edir.