Xəbərlər

Cahangir Rüstəmovun 90 illiyinə həsr olunan sərgi keçiriləcək
29 mart, 2016 14:16

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək tədbir aprelin 1-də saat 19.00-da Milli İncəsənət Muzeyində baş tutacaq.

Sərgidə rəssamın “Yaşıl çay plantasiyası”, “Bakı”, “İslam memarlıq abidəsi”, “Karfagen  yaxınlığında”, “Sahil”, “Cənublular. Sosialist yarışmasının qalibləri”,“Qəhrəman sələfimiz”, “Kür  mənzərəsi”, “Torpağın oyanması” kimi tabloları  nümayiş olunacaq.

Qeyd edək ki, ömrünün 50 ilindən çoxunu Azərbaycanın təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş Cahangir Rüstəmov 1926-cı ildə Şəki şəhərində anadan olub. 1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirib.

Rəssamın yaradıcılığında əsas yer əmək mövzusuna verilib. Milli koloriti, emosional ruhu  ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla  zəhmətkeşləri”, “Balaca köməkçi”, “Kolxozçular”, “Dağlarda”, “Şahdağ”  və digər tabloları sənətşünaslar və  sənətsevərlər   tərəfindən   bəyənilib, ona şöhrət gətirib. Onun əsərlərində rəng qammaları ilə süjetin arasında xüsusi bir səsləşmə mövcuddur.

Təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə əməkdar rəssam, 2004-cü ildə isə xalq  rəssamı fəxri adlarına layiq görülüb.

Cahangir Rüstəmov 2007-ci ildə 81 yaşında vəfat edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.