Misirin turizm nazirinin müavini: “Əsas problemlərdən biri Misirlə Azərbaycan arasında birbaşa hava əlaqəsinin olmamasıdır”
29 mart, 2016 14:11
Onun sözlərinə görə, Azərbaycandan Misirə səfər edən turistlərin sayı qanedici deyil. Belə ki, il ərzində Azərbaycandan Misirə 3 minə yaxın turist səfər edir. Rusiyadan gələn turistlərin sayı isə 3 milyon yarıma yaxındır:
“Misirə səfər edən azərbaycanlı turistlərin say göstəricisi çox aşağıdır. Aldığım məlumata görə, azərbaycanlılar daha çox Gürcüstan, Türkiyə və Dubaya səfər edirlər.
Xaricə səfər edənlərin sayı 300 minə yaxındır. Bizim turizm nazirimiz dekabr ayında Bakıya səfər etməyi nəzərdə tutmuşdu. Məlum hadisədən sonra səfər təxirə salındı. Amma bu səfər baş tutacaq. Nazirin Bakıya səfəri zamanı nümayəndə heyətinin tərkibində Misirin turizm və aviasiya şirkətlərinin nümayəndələri də olacaq. Onu da qeyd edim ki, bir neçə gün əvvəl Misirin yeni turizm naziri təyin edilib”.
Onun sözlərinə görə, hazırda əsas problemlərdən biri Misirlə Azərbaycan arasında birbaşa hava əlaqəsinin olmamasıdır:
“Biz birbaşa hava əlaqəsini qurulnasına çalışmalıyıq, Azərbaycanla Qahirə, yaxud Şarm əl Şeyx arasında birbaşa reysin açılması turizmin inkişafına da kömək edəcək”.
Nazir müavini deyib ki, son zamanlar turizm sahəsində bir sıra çətinliklərlə üzləşiblər və bunları həll etməyə çalışırlar:
“Azərbaycandan gələn turistlərin sayı artarsa, onlar üçün müəyyən güzəştlər də ola bilər, bir sıra möbcud problemlər həllini tapar. Məsələn, Misirin aviaşirkətləri sərnişinlərin sayına uyğun ucuz qiymətlər təklif edə bilər.
Bizim Azərbaycanla, Qazaxıstanla əlaqələrimiz uzun müddətdir ki, qırılıb. Çox istərdik ki, bu ölkələrlə əlaqələrimiz güclənsin. Bu günlərdə Qazaxıstandan Şarm Əl Şeyxə birbaşa reys açıldı. Bu təcrübəni Azərbaycanla da həyata keçirmək istəyirik”.