Azərbaycanı təmsil etmiş tanınmış idmançı ABŞ-da faciəvi şəkildə ölüb
28 mart, 2016 13:07
APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya fiqurlu konki sürmə federasiyasının rəsmi saytında dərc olunmuş məlumatda bildirilib. Hadisənin təfərrüatları açıqlanmır. Federasiya Paşkeviçin yaxınlarına və dostlarına başsağlığı verib.
Qeyd edək ki, beynəlxalq səviyyəli idman ustası İqor Paşkeviç Moskvada anadan olub. O, 1990-cı ildə gənclər arasında dünya çempionatının qalibi olub.
İqor Paşkeviç 1997-ci ildən başlayaraq Azərbaycanı təmsil edib.
Son illər Paşkeviç ABŞ-da məşqçi kimi çalışıb.