Xəbərlər

27 mart - Beynəlxalq Teatr Günüdür
28 mart, 2016 13:06

Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Builki müraciət sovet və Rusiya teatr rejissoru, “Dram sənəti məktəbi”nin təsisçisi, Rusiyanın Əməkdar İncəsənət Xadimi Anatoli Vasilyev tərəfindən ünvanlanıb.

Müraciətdə “Teatr lazımdırmı?”, “Teatr bizə nəyə görə lazımdır?”, “Teatr bizim üçün nədir?”, “Teatr nə deyə bilər?” sualları qoyulub və onlara müvafiq sahənin mühümlüyünü bir daha təsdiqləyən cavablar verilib. A.Vasilyev bildirir ki, teatr olub və olacaq. Müraciətdə yazılıb: “Özü də indi, bu növbəti əlli-yetmiş ildə teatr xüsusilə vacibdir. Çünki ictimai sənət növlərindən yalnız teatr ağızdan ağıza, gözdən-gözə, əldən-ələ, bədəndən-bədənə fikri ötürür. Teatra vasitəçi lazım deyil. Teatrda insanlar arasında dünyanın şəffaf tərəfi dayanır, bu nə cənub, nə şimal, nə şərq, nə də qərbdir, bu, özlüyündə dörd tərəfə nur saçan, ona düşmən və ya dost olan insan tərəfindən dərhal tanınan aləmdir”. Müraciətdə, həmçinin teatrın müxtəlif formalarının fəaliyyət göstərməsinin zəruriliyi qeyd olunur, bu formaları bir-birinə qarşı qoymamaq təbliğ edilir, müasir dövrdə cəmiyyətə texnologiyanın bütün imkanlarını, o cümlədən qadjet və kompyuterləri bir kənara qoyaraq teatra getmək, canlandırılan obrazları yaxından izləmək çağırışı edilir. Vurğulanır ki, yalnız bir teatr lazım deyil – bu siyasi oyunlar teatrı, siyasi tələ teatrı, siyasətçilərin teatrı və siyasətin teatrıdır.

Qeyd edək ki, milli teatrının tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.