Şəhid olan zabitimiz toya hazırlaşırdı
28 mart, 2016 13:04
Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.
Gün.Az xəbər verir ki, Musavat.com şəhid zabitimizlə bağlı məlumatlar əldə edib. Leytenant Qalib Zülfüqarlı Lənkəran rayonundandır.
Onun atası da hərbçi olub. Qalib Zülfüqarlı nişanlı imiş və evlənməyə hazırlaşırmış.
Qeyd edək ki, şəhidlərin cənazələri artıq ailələrinə təhvil verilib. Onlar bu gün torpağa tapşırılacaqlar.
Allah şəhidlərimizə rəhmət eləsin!