ABŞ prezidentliyinə qalmaqallı namizəd bu dəfə Böyük Britaniyanı hədəfə götürüb.
28 mart, 2016 13:03
“Doğan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan respublikaçı Donald Tramp Belçikada meydana gələn terror aktlarında sonra İngiltərənin də təhlükəsiz yer olmadığını bəyan edib.
“The Times” nəşrinin yazdığına görə, D.Tramp bu barədə ABŞ vətəndaşlarına etdiyi müraciətdə bildirib:
“Əgər doğrusunu bilmək istəyirsinizsə, hətta ABŞ-ın Amerika vətəndaşları üçün güvənli ölkə olduğunu söyləyə bilmirəm”.
Avropada baş verən terror aktlarından danışan D.Tramp Böyük Britaniya da daxil olmaqla, qitənin bir çox ölkələrinin zəiflədiyini deyib.