Xəbərlər

Musiqili Teatrın bayram günləri üçün repertuarı
17 mart, 2016 18:08

Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Gün.Az-a bildirib ki, 19, 25, 26, 27 mart tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim ediləcək “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T. Vəliyeva), “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Bir dayan, canavar!” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) və “www-ferzeli-kef.com” (E.Sabitoğlu, C.Məmmədov) tamaşalarından gedir. Musiqili Teatr bayram günlərində də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb.

Belə ki, 25 mart saat 19.00-da SSRİ xalq artisti R.Hacıyevin  “Qafqazlı qardaşqızı” iki hissəli operettası böyüklər ücün, 26 mart saat 12.00-da isə R.Ağayeva, A.Xayt və A.Kurlyanskinin “Bir dayan, canavar!” musiqili nağıl-tamaşası uşaqlar üçün rus dilində təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Şövqi Hüseynov, Nərgiz Kərimova, Cingiz Əhmədov, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Svetlana Bulax, Əkbər Əlizadə, Əzizağa Əzizov, Boris Qrafkin, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Nicat Həbibov, Gülnarə Əzizova, Fərid Rzayev, Marina Litvinenko, Elçin İmanov, Yuliya Heydərova, Nadir Xasıyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov və başqalarının ifalarını izləyə biləcəklər.

Musiqili Teatrı Novruz bayramı münasibətilə xalqımızı təbrik edir və hamını bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.

Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.