Xəbərlər

Azərbaycan, Qarabağ mərkəzləri təklifi Trabzon Avrasiya Universitetində də irəli sürülüb
17 mart, 2016 18:07

Qənirə Paşayeva Trabzonda Avrasiya Universitetinin mütəvəlli heyət başkanı Ömer Yıldız və rektoru Aşkın Asan ilə görüşüb. 

Millət vəkilini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən mütəvəlli heyət başqanı və rektor qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib.

O, sözlərinə "qardaş Türkiyədə terror aksiyası zamanı şəhid olan qardaş-bacılarımızı və eyni zamanda terrorla mübarizə zamanı şəhid olan qardaşlarımızı rəhmətlə anırıq və terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanındayıq" - deyərək, başlayıb.

Q.Paşayeva Osmanqazi universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.

Eyni zamanda, azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını söyləyib.

Deputat Universitetin mütəvəlli heyət başkanı Ömer Yıldız və rektoru Aşkın Asan Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Q.Paşayeva Universitetdə Azərbaycan, Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.

O, mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Avrasiya Universitetinin mütəvəlli heyət başkanı Ömer Yıldız və rektoru Aşkın Asan təklifi dəstəkləyiblər və bu məsələyə baxılacağını bildiriblər.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə, oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.