Xəbərlər

Vüqar Bayramov: “Mənzillərin qiyməti niyə artmalıdır?”
17 mart, 2016 18:04

 Vüqar Bayramov özünün “Facebook” səhifəsində “makler-biznesmenlər”in mənzil bazarında qiymətlərin qalxacağını anons etmələrinə baxmayaraq, evlərin bahalaşması üçün əsas olmadığını bildirib:  

“Neftin dünya bazar qiyməti aşağı düşəndən bəri ekspertlər, hər ay olmasa da rübdə bir dəfə gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırlar.

Bu günlərdə yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və “qiymət artımları” baş vermədən ev almağa tələsəcək.

Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup “makler-biznesmenlər” qazanacaq.

Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir.

Qiymətdə Almaniyanın paytaxtı Berlin ilə “rəqabətə” girən Bakının mənzil bazarında əslində neft bumu dövrü yaranan “köpüklər” yavaş-yavaş partlamaqdadır.

Belə məlumatlar ilə yenidən əmlak bazarında belə “köpüklər” yaradıb insanları mənzil almaq imkanından mərhum etməyə nə ehtiyac var? Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti kəskin yüksəlibmi? İpoteka krediti bərpa olunubmu? Banklar kredit faizlərini kəskin aşağı salıbmı?

Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu?

Bunların heç biri baş verməyib. O zaman mənzillərin qiyməti niyə artmalıdır ki?”

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.