Neft yenidən bahalaşdı
15 mart, 2016 10:55
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar artaraq 38,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,34 dollar artaraq 40,39 dollar olub.
"AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,82 dollar və ya 2,03% artaraq 41,06 dollar təşkil edib.