Peşə liseylərinə keçirilən imtahanların nəticələri açıqlandı
15 mart, 2016 11:02
Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Peşə liseyləri şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq şkalasına (2, 3, 4, 5) uyğunluğu müvafiq cədvəldə təqdim olunur. Həmin cədvəl TQDK-nın internet saytında verilib.