Ankarada terakt törədən qızın atası cənazədən imtina etdi
14 mart, 2016 11:00
"Qızım məktəbi Mərmərədə oxuyub. 2012-ci ildə Balıkəsir Universitetinə qəbul oldu. Ora gedəndən sonra onunla əlaqəmiz kəsilib. İndi xəbərim olub ki, bu cür hadisələrə qoşulub. Qoşulubsa mənim elə qızım yoxdur, meyidi də qəbul etmirəm".
Qeyd edək ki, dünən Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmirin olduğu müəyyənləşib.
Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.