“Resm” öz kolleksiyasını "Basel World 2016"da nümayiş etdirəcək
11 mart, 2016 15:46
Artıq bir neçə ildir ki, İsveçrənin Bazel şəhərində keçirilən "Basel World" sərgi-yarmarkası dünyada saatsazlıq və zərgərlik sənayesinin ən əhəmiyyətli və ən geniş miqyaslı tədbirlərindən biri sayılır. 45 ölkədən təşrif buyurmuş 2100-dən çox sərgi iştirakçısı dünyanın tanınmış saat və zinət əşyaları istehsalçılarını, habelə qiymətli daşlar üzrə ixtisaslaşan şirkətləri təmsil edirlər. Hər il sərgini 100 mindən artıq qonaq ziyarət edir.
“Resm”-in zərgərlik məmulatları qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. “Resm”-in zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, milli ruhuna bağlıdır. Dövrdən asılı olmayaraq, “Resm”-in zinət əşyaları mükəmməllik və ən yüksək keyfiyyət sayəsində adi dəb trendlərindən üstün olmağa və əcdadlarımızın aləmini kəşf edib yenidən yaşatdırmağa imkan verir. “Resm”-in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən, fərdi təsvirlərlə təchiz olunur. “Resm”-in məmulatları 14/18 karat qızıldan və qiymətli daşlardan istifadə etməklə hazırlanır. Kişilər üçün nəzərdə tutulan əşyalar, həmçinin ən yüksək keyfiyyətli gümüşdən də hazırlanır.
“Resm”-in Azərbaycandakı satış şəbəkəsinə Bakı şəhərində (28 May küçəsi, 46E) yerləşən bir dükan və Heydər Əliyev adına beynəlxalq hava limanının rüsumsuz sahəsində yerləşən iki satış məntəqəsindən ibarətdir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı