Xəbərlər

Obamadan Səudiyyə Ərəbistanına İranla "soyuq sülh"ə razılaşmaq təklifi
11 mart, 2016 15:44

APA-ya istinadən verdiyi xəbərə görə, bunu Barak Obama “The Atlantic” nəşrinə müsahibəsində bildirib.  

“İran 1979-cu ildən ABŞ-ın düşməni olub və dövlət səviyyəsində terrorçuluğu dəstəkləyib, həmçinin, hər cür destruktiv davranışdan istifadə edərək İsrail və bir çox müttəfiqimizə təhlükə yaradır”, - deyə Obama qeyd edib. 

ABŞ prezidentinin sözlərinə görə, ABŞ-ın  Səudiyyə Ərəbistanı kimi “ənənəvi müttəfiqlərini” heç də tək, başlı-başına buraxmaq niyyəti yoxdur.      

Bununla belə, Obama qeyd edib ki, Səudiyyə Ərəbistanı regionu İranla “bölməyə” razılaşmalıdır: 

“Suriya, İraq və Yəməndə "özgə əllərlə müharibə"ni qidalandıran bu rəqabət bizdən dostlarımıza və iranlılara onu deməyi tələb edir ki, onlar nəhayət regionu bölmək üçün effektiv bir üsul tapsınlar və “soyuq sülh” kimi bir razılaşmaya nail olsunlar”- deyən Obama qeyd edib ki, əgər dostlarımıza desək ki, "siz haqlısınız, İran bütün problemlərin mənbəyidir və biz sizi İranla bağlı məsələlərdə dəstəkləyirik”, - bu de-fakto o deməkdir ki, dini zəmində bütün münaqişələr davam edəcək:  

“Fars körfəzindəki tərəfdaşlarımız, bizim ənənəvi dostlarımız müstəqil şəkildə alovu söndürmək və ya özləri qətiyyətli qələbə çalmaq iqtidarında deyillər, bu isə o deməkdir ki, işləri qaydaya salmaq üçün biz oraya getməli və hərbi qüvvəmizdən istifadə etməli olacağıq. 

Bu isə nə ABŞ-ın, nə də ki Yaxın Şərqin marağındadır”. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.