Gəmi deyil, sanki mikrorayondur
11 mart, 2016 15:43
“Anadolu” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, “STX France” şirkəti tərəfindən Fransanın cənubundakıl Sen-Nazar tərsanəsində inşa edilən 362 metr uzunluğunda, 66 metr enində olan gəmi, manevr qabiliyyətinin və təhlükəsizlik sistemlərinin yoxlanılması məqsədi ilə 3 gün dənizdə qalacaq.
8 min nəfər sərnişin tutumuna malik gəmidə 2 min işçi xidmət göstərəcək. Dünyanın ən böyük sərnişin gəmilərindən biri olan “Harmony of the Seas” mayın 12-də ilk səfərinə yollanmaq üçün Aralıq dənizinə çıxarılacaq.
İçində üzmə hovuzları və oyun salonları olan, lüks şəraitli bu gəmidə səyahətə çıxmaq istəyənlər 400 – 1200 avro civarında pul ödəməli olacaqlar.