Millət vəkilləri hökumətin növbəti hesabatını qənaətbəxş sayırlarmı?
11 mart, 2016 15:40
Bu yerdə qeyd edək ki, Milli Məclisin (MM) Nizamnaməsinə və daxili reqlamentinə əsasən hər ilin yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, hökumətin parlament qarşısında hesabatı dinlənilir.
Bəs görəsən, A.Rasizdənin bu dəfəki hesabatı, Azərbaycan hökumətinin 2015-ci ildəki fəaliyyəti parlamentarilər tərəfindən necə qiymətləniriləcək?
Xüsusilə, 2008-ci ildən dünyanı bürüyən və son 2 ildə Azərbaycan iqtisadiyyatından da təsirsiz ötüşməyən iqtisadi böhranın yaratdığı məlum problemlər və cətinliklərin önlənməsi ilə bağlı Azərbaycan hökumətinin atdığı addımlar qənaətbəxş sayılacaqmı?
Onu da nəzərə alaq ki, ötən il dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və sair faktorlarla əlaqədar Azərbaycanda iki fədə ağır devalvasiya yaşandı.
Ötən ilin 21 fevral və 21 dekabr tarixlərində manatın devalvasiyası və son devlavasiyanın nəticəsi olaraq, “uzən məzənnə”yə keçilməsi ölkə vətəndaşlarının, xüsusən də, imkansız təbəqədən olan insanların maddi-sosial durumunda ciddi problemlərin yaşanması ilə müşaiyət olunudu.
Düzdür, ölkə Prezidenti İlham Əliyevin imzaladağı bir sıra fərman və sərəncamlarla əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, o cümlədən, sahibkarlığa qarşı bürokratik maneələrin aradan qaldırılması, lisenziylaraın sayının azaldılması və prosesin çox uğurlu model olan “ASAN Xidmət”ə həvalə olunması və sair istiqamətində önəmli, gərəkən addımlar atıldı. Amma bununla belə, insanların maddi-iqtisadi durumunda yaranan problemlər hələ də davam etməkdədir.
Odur ki, bütün bunların fonunda Azərbaycan hökumətinin son bir illik fəaliyyəti qənaətbəxş, müsbət sayıla bilərmi və sayılacaqmı?
Fəzail Ağamalı: “Ölkə Prezidentinin həyata keçirmiş olduğu çevik siyasət, atmış olduğu addımlar hökumətin fəaliyyətini tənqid üçün yer qoymadı”
Bununla bağlı Gün.Az-ın sorğusuna cavabına olaraq Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkiliFəzail Ağamalı bildirib ki, dünyanı bürüyən və getdikcə dərinləşən maliyyə-iqtisadi, hərbi və siyasi böhranın ağır nəticələrinə baxmayaraq, Azərbaycan hökuməti 2015-ci ildə qarşısına qoymuş olduğu hədəflərə çatdı:
“Yəni, dünyada neftin qiymətinin aşağı düşməsinə və bununla bağlı ölkəmizdə nəzərdə tutulan büdcə proqnozlarında müəyyən cətinliklərin yaranmasına baxmayaraq, demək olar ki, ölkə üçün ciddi əhəmiyyət kəsb edən sosial, eləcə də, regional əhəmiyyətli infrastruktur layihələrin həyata keçirilməsi davamlı xarakter daşıdı, qarşıya qoyulan hədəflərə çatmaq mümkün oldu.
Mən tam məsuliyyətlə bildirmək istərdim ki, 2015-ci ildə Azərbaycan hökuməti qarşıya qoyulan vəzifələrin öhdəsindən gəldi. Baxmayaraq ki, qeyd etdiyim kimi, neftin qiymətinin aşağı düşməsi nəticəsində dünya iqtisadiyyatında maliyyə-iqtisadi dərinləşməsi ilə əlaqədar ölkəmizdə də kifayət qədər çətinliklər yaranmışdı, ancaq bu çətinliklərin tez bir zamanda önlənməsi ölkə Prezidentinin həyata keçirmiş olduğu çevik iqtisadi-sosial siyasət nəticəsində mümkün oldu.
Bu siyasət nəticəsində 2015-ci ildə bizi gözləyən müəyyən çətinliklərdən özümüzü sığortalaya bildik.
Bu baxımdan da, 2015-ci ildə hökumətin fəaliyyəti müsbət dəyərləndirilməlidir, eyni zamanda, ayrı-ayrı sahələrlə bağlı deyilən tənqidi fikirlər heç də bütün sahələri əhatə edən tənqidi fikirlər deyil, bu fikirlər konkret müəyyən sahələrdə özünü bu və ya digər şəkildə ifadə catışmazlıqlarla bağlıydı ki, bu da təbiidir”.
Millət vəkilinin fikrincə, çünki inkişaf, uğur olan yerdə müəyyən çətinliklər, nöqsanlar, çatışmazlıqlar da olur:
“Bu, dünyanın bütün ölkələrində özünü göstərir. Təbii ki, Azərbaycanda da ümumi hədəflərə çatmaqla bərabər, müəyyən nöqsanlara yol verilməsi bütövlükdə hokumətin bir illik fəaliyyətinə hər hansı bir kölgə salmadı və sala da bilməzdi.
Ona görə əminəm ki, daha da dərinləşməkdə olan, dünya xarakteri daşıyan qlobal böhran Azərbaycana 2016-cı ildə ciddi şəkildə sirayət etməyəcək və Azərbaycan bu sınaqdan da 2015-ci ildə olduğu kimi, uğurla çıxa biləcək.
Ölkəmiz dünyanı bürüyən ağır maliyyə-iqtisadi böhrandan, kataklizmlərdən özünü sığortalaya biləcək. Bunun da başlıca mənbəyi ölkə Prezidentinin çevik və peşəkar siyasətə söykənən addımları, ölkəmizin çox böyük potensialı, ehtiyat mənbələrimizin daha geniş şəkildə hərəkətə gətirilməsidir”.
F.Ağamalı bir daha əminliklə bildirib ki, ölkənin potensialdan maksimum istifadə etməklə 2016-cı ildə özümüzü iqtisadi sarsıntılardan uzaq tuta biləcəyik.
“Yenə də tam səmimiyyətlə və məsuliyyətlə deyirəm ki, ölkə Prezidentinin həyata keçirmiş olduğu çevik siyasət, atmış olduğu addımlar hökumətin fəaliyyətini tənqid üçün yer qoymadı.
Ayrı-ayrı məmurların ümumi tendensiyadan geridə qalması, daha çevik xarakter daşıyan yanaşmalara ləng münasibəti istisna olunmaqla, Prezident tərəfindən bütövlükdə bizi dalbadal gözləyə biləcək çətinliklərin qarşısını ala biləcək addımların atılması tənqid üçün yer saxlamadı”.
Əli Məsimli: “Hələlik görünən budur ki, islahatların əsas ağırlığı bir nəfərin-Prezidentin üzərindədir və komandanın yalnız bir hissəsi islahat prosesinə günün tələbləri səviyyəsində qoşula bilib”
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli isə qeyd edib ki, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat çox geniş və əhatəli hazırlanıb.
Ə. Məsimlinin bildirdiyinə görə, hesabatın makroiqtisadi, maliyyə, pul və bank fəaliyyətinə, sosial məsələlərə, xarici iqtisadi fəaliyyətə həsr olunmuş hissələri analitik yanaşma baxımından, həm də sözügedən sahələr üzrə aktual məsələlər ətrafında fikirləşmək üçün zəngin material verir.
Millət vəkili bildirib ki, hesabatda 2015-ci ildə Nazirlər Kabinetinin həm sadalanan sahələr üzrə, həm də funksional baxımdan gördüyü işlər yetərincə öz əksini tapıb:
“Onların arasında neftin qiymətinin 4 dəfəyə yaxın aşağı düşdüyü, bunun müqabilində gəlirlərimizin də kəskin surətdə azaldığı və qlobal təsirlərin Azərbaycan iqtisadiyyatına təzyiqinin gücləndiyi şəraitdə qeyri- neft sektorunda yüksək artıma nail olunmasını, inflyasiyanı gözlənildiyindən aşağı, büdcə kəsirinin təhlükəsiz səviyydə saxlanılmasını müsbət qiymətləndiririk”.
Bununla yanaşı, millət vəkili deyib ki, 2015-ci ilin hesabatına postneft dövrü və manatın devalvasiyalarından sonra yaranmış yeni situasiya prizmasından yanaşmaq şərtilə bir sıra təklifləri də var:
“Birincisi, postneft dövrünə keçid və manatın devalvasiyalarından sonra yaranmış yeni situasiya obyektiv surətdə tələb edir ki, 2015-ci ilin hesabatı “neft bumu” yaşadığımız illərin hesabatından fərqlənsin.
Ona görə də gələn ildən Nazirlər Kabinetinin hesabatında ölkədə həyat keçirilən islahatlar və onların ilkin nəticələrinə xüsusi yer verilməsini zəruru hesab edirik.
İkincisi, xəstəliyi etibarlı şəkildə sağaltmaqdan və həm də konkret nə vaxt sağalacagının dəqiq proqnozunu verməkdən ötrü, hər şeydən əvvəl, diaqnoz düzgün qoyulmalıdır.
Bu baxımdan, hesabatda 2015-ci il 21 fevral və 21 dekabr tarixli 2 şok devalvasiyalara yer ayrılsa da, bunun səbəbləri tam açılmayıb.
1996-cı ildən bu yana 20 il ərzində artımdan inkişafa, ordan da sosial-iqtisadi təqəqqiyə keçməklə, 2008-2009-cu illərin qlobal maliiyyə iqtisadi böhranından az itki ilə çıxıb dayanıqlılığını saxlaya bildiyindən, əksər mötəbər ekspertlərin birmənalı şəkildə MDB məkanını ən dayanıqlı iqtisadiyyatı hesab etdikləri iqtisadiyyatımızın indiki durumunun da obyektiv dəyərləndirilməsi və islahatlar istiqamətində atılan addımlarda Nazirlər Kabinetinin rolunun artırılması çox zəruridir.
Üçüncüsü, iqisadiyyat riyaziyyat qədər olmasa da, hər halda ona yaxın qədər dəqiq elmdir.
Onun qanuanauyğunluqları xeyli dərcədə bütün ölkələr üçün eynidir. Məsələn, milli valyutası şok devalvasiyaya uğrayan ölkələrdə yoxsulluq və işsizliyin səviyyəsi artır.
Ona görə də Nazirlər Kabinetinin fəaliyytində, bir tərəfdən, Prezidentin islahatlar konsepsiyasınında nəzərdə tutulan makroiqtisadi və maliyyə bazarının sabitliyinin, eləcə də, manatın dayanıqlılığının təmin edilmsi, idxaldan asılılığın azaldılıb minimuma endirilməsi, ixracın təşviqləndirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi,sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılması və sair istiqamıtlərdə atılan addımların daha dolğun həyata keçirilməsinin sürətləndirilməsində də daha geniş miqyaslı iştirak, digər tərəfdən isə məşğulluğun artırılması və əhalinin güzaranının pisləşməsinin qarşısının alınması istiqamətində səylərin
artırılması prioritet olmalıdır.
Dördüncüsü, ümumi iqtisadi sabitlik - makroiqtisadi sabitlikdən ve tarazliqdan, makroiqtisadi sabitlik-maliyyə sabitliyindən, maliyyə sabitliyi - manata inamın bərpasından, manata inamın bərpası- Mərkəz Banka ve banklara olan etibarın qaytarılmasından, banklara olan etibarın qaytarılması-bankların saglamlasdirilmasindan, bankların saglamlasdiriəması isə xeyli dərəcədə problemli kreditlərin, xususən də
dollarla olan kredit borcları məsələsinin ədalətli həllindən keçir.
Burada həm hüquqi, həm iqtisadi, həm sosial, həm də psixoloji faktorlar var. Bu məsələ sistem xarakterli məsələ olduğundan, sistemli yanasma tələb edir. Hökümət bu problemin risklərin paylanması və kreditlərin təbiətindən asılı olaraq konkret yanaşma yolu ilə ədalətli həllinin sürətləndirilmsində səylərin artırsa yaxşı olar”.
Millət vəkilinin eyni zamanda qeyd etdiyinə görə, hazırda hələlik görünən budur ki, islahatların əsas ağırlığı bir nəfərin-Prezidentin üzərindədir və komandanın yalnız bir hissəsi islahat prosesinə günün tələbləri səviyyəsində qoşula bilib:
“Bu hal islahatların sürətinə mənfi , bəzi hallarda isə tormozlayıcı təsir göstərə bilər.Ona görə də hökumət bu ağırlığın onun payına düşməli hisssəsini öz üzərinə götürüb, həm də uğurla daşıya bilmsindən ötrü, digər məlum şərtlərlə yanaşı həm də “çevik hökumət” modelinə keçilıb, Nazirlər Kabinetinin öz səlahiyyətləri çərçvısində koordinəedici və Prezidentin atdığı addımların yerlərdə dolğun şəkildə həyata keçirilməsi sahəsində rolu artırılmalıdır”.
Aydın Hüseynov: “Pessimistliyə qapılmağa heç bir əsas yoxdur”
Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, iqtisadçı Aydın Hüseynov öz növbəsində hesab edir ki, 2015-cil dünyada böyük qlobal iqtisadi gərginliklərin yaşamasına baxmayaraq, Azərbaycan həmin dövrü normal bir səviyyədə başa vurub.
A. Hüseynov deyib ki, bu da özünü makroiqtisadi göstəricilərdə biruzə verib:
“Yəni, 2015-ci ildə Ümumu Daxili Məhsulumuz (ÜDM) 1,1 faiz artımla müşaiyət olunub. Bunun özü də böyük iqtisadi nəticədir.
Yenə o fikrə qayıdıram ki, dünyada kəskin iqtisadi proseslərin, sarsıntıların yaşanması, neftin qiymətinin aşağı düşməsi, ərtafımızda gedən geosiyasi hadisələrin gərginləşməsi fonunda Azərbaycan iqtisadiyyatı geriləmə ilə yox, 1,1 faizlik irəliləyişlə 2016-cı ilə qədəm qoydu”.
Ölkə Prezidentinin tənqidi fikirlərinə gəlincə, millət vəkili qeyd edib ki, dövlət başçısı daim öz müşavirələrində ölkədə baş verən proseslərə münasibətini ifadə edir, əldə olunan uğurlarla yanaşı, hansısa sahədə müşahidə olunan çatışmazlıqları, nöqsanları da dilə gətitir, tənqidi fikirlərini söyləyir, konkret tapşırıq və göstərişlərini verir.
Eyni zamanda, korrupsiya ilə bağlı fikirlərini səsləndirir və ona qarşı mübarizə istiqamətində daim öz qətiyyətli mövqeyini ortaya qoyur.
Həmçinin, sahibkarlığın inkişafına əngəllərlə bağlı, bürokratik hallarla əlaqədar öz sərt mövqeyini nümayiş etdirir.
“Ona görə ümumilikdə götürdükdə Azərbaycanda heç bir iqtisadi-sosial gərginlik yaşanmır və yaşanmayacaq da. Sadəcə, dünyada baş verən qlobal iqtisadi sarsıntıların tərkib hissəsi olaraq Azərbaycanda bu proseslər yumşaq şəkildə özünü göstərəcək.
Mən belə fikirləşirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti normal fəaliyyət göstərir, ən başlıcası da ölkədə hər mənada stabillikdir, Azərbaycanda vətəndaşlarla, xalqla ölkə Prezidenti arasında çox sıx və çox gözəl vəhdət var.
Ölkə Prezidenti Azərbaycan vətəndaşlarının istəyini, arzusunu ifadə edərək, ölkədə böyük iqtisadi islahatların aparılmasına start verib. Yəni, bundan sonra ölkə iqtisadiyyatı ölkə Prezidentinin də dediyi kimi, neft üzərində, qeyri-neft iqtisadiyyatı üzərində qurulacaq.
Bir sözlə, pessimistliyə qapılmağa heç bir əsas yoxdur” - deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.