Bunu Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, münaqişənin uzanması bölgənin ümumi inkişafına mənfi təsir göstərir.
"İşğala son qoymadıqca Ermənistan özünü təcrid edir. Yalnız işğal dayandırıldığı halda bölgədə bütün dövlətlərin inkişafı ola bilər".
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamələrinin icra olunmamasına toxunaraq, bəzi hallarda analoji qətnamələrin bir neçə saat ərzində icrasına başlandığını deyib.
"Amma bizim halda qətnamələr illərdir yerinə yetirilmir. XXI əsrdə bu anormaldır. Ermənistan qonşu ölkənin ərazisini işğal edib və sonra da danışıqlarda status-kvonu saxlamaq niyyətindədir. Qətnamələrin yerinə yetirilməməsini həmçinim də həmin qətnamələri qəbul edən ölkələrin problemi kimi də qəbul etmək lazımdır".