İtaliya klubu bir sezonda 8-ci dəfə baş məşqçi dəyişir
10 mart, 2016 14:38
Qeyd edək ki, Novelino bu mövsümün gedişində “sarı-göylər”ə rəhbərlik edəcək 8-ci mütəxəssis olacaq. Bu mövsüm Beppe Yakini (iki dəfə), David Ballerdine, Fabio Viviani, Gilyermo Skelotto, Covanni Tedesko və Covani Bosi “Palermo”nun sükanı arxasına əyləşib.
Davam edən A seriyasında keçirdiyi 28 oyundan sonra aktivində 27 xal olan “Palermo” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.