Xəbərlər

Səlim Müslümov: “Ünvanlı sosial yardımın verilməsində artıq hər hansı məmurun iştirakı mümkün deyil”
10 mart, 2016 14:36

Bütün müraciətlər nazirliyin aidiyyəti məsul şəxsləri ilə birgə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb. 

Qaldırılan ayrı-ayrı məsələlərin həlli ilə bağlı yerindəcə tədbir görülüb, o cümlədən bir sıra şəxslərə müraciətlərinə uyğun olaraq məşğulluqlarının təmin edilməsi üçün vakant iş yerlərinə göndərişlər, bir nəfər əlilliyi olan şəxsə əlil arabası verilib. 

Eləcə də müraciət edənlərdən bir nəfərin eşitmə aparatı, digər bir nəfər əlilliyi olan şəxsin protez məmulatı ilə təmin edilməsi tapşırılıb.

Dövlət büdcəsi hesabına mənzillə təmin olunma ilə bağlı müraciətləri cavablandıran S.Müslümov bildirib ki, ölkə Prezidentinin sosial müdafiə sahəsinə diqqət və qayğısının nəticəsi kimi,  müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri cari ildə də uğurla davam etdirilir: 

“Bu ilin ötən dövründə Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Abşeron rayonlarında yeni mənzillər istifadəyə verilməklə, 75 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda sakinlərinin qəbul etdiyimiz şəhər və rayonlarda da bu yöndə işlər aparılır.

 

Ötən il Goranboy, Yevlax rayonlarında və Mingəçevir şəhərində 25 mənzil bu təbəqələrdən olan şəxslərə təqdim olunub. Naftalan şəhərində və Ağdaş rayonunda da ümumilikdə 26 fərdi ev tikilir və onlardan əksəriyyətinin tikintisi artıq tamamlanır”. 

Nazir həmçinin müraciətlərinə uyğun olaraq ayrı-ayrı əlilliyi olan şəxslərin nazirliyin bərpa mərkəzlərində müalicəyə qəbul edilməsi barədə tapşırıq verib. 

Qəbula gələnlər arasında  ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət edən olmayıb. S.Müslümov cari il fevralın 15-dən başlayaraq ölkədə ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sisteminə keçilməsinin bu sahənin şəffaflaşmasına şərait yaratdığını vurğulayıb:

“Artıq ünvanlı sosial yardımın alınması üçün vətəndaşların elektron qaydada etdikləri müraciətlərə baxılması və qərar qəbulu prosesi məhz elektron sistem vasitəsilə, tam obyektiv və şəffaf şəraitdə  həyata keçirilir.

Yəni, burada artıq hər hansı məmur iştirakının mümkün olmadığını vətəndaşlar aydın şəkildə dərk etməlidirlər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.