Xəbərlər

Milli Teatr Günü qeyd olunacaq
09 mart, 2016 12:37
Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoydu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər.
 
1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.
 
Azərbaycan Respublikasının Prezidenti “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli, 2755 nömrəli Sərəncam 
imzalayıb. Sərəncama uyğun olaraq, 10 mart hər il respublikamızda Milli Teatr Günü kimi qeyd olunur.
 
2016-cı ilin mart ayının 10-da Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə Milli Teatr Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirəcək. Həmin tədbirdə teatr sahəsində xüsusi xidmətlər göstərmiş sənətçilərə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanları və "fəxri fərman"ları təqdim olunacaq.
 
Respublikada fəaliyyət göstərən teatr-tamaşa müəssisələrində Milli Teatr Günü ilə əlaqədar yeni tamaşaların premyeraları və dəyirmi masalar keçiriləcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.