Aclıq çəkənlərin 70 faizi qadınlardır
09 mart, 2016 12:34
Bu barədə BMT-nin qidalanmaq hüququ üzrə xüsusi məruzəçisinin hesabatında bildirilir.
Qeyd olunur ki, kənd təsərrüfatında məşğul olan qadınlar dünya üzrə ərzağın 50 faizini təmin edir.
Sənəddə bildirilir ki, Sahara səhrasından cənubda Afrika ölkələrində və Karib hövzəsində qadınlar əsasən qida məhsullarının 80 faizini istehsal edirlər.s
Asiyada isə qadınlar düyü becərilməsinə cəlb edilən canlı qüvvənin 50-90 faizini təşkil edir.
Eyni zamanda, dünyanın bir çox ölkələrində aşağı statuslu hesab edildikləri üçün qadınlar ailədə ərləri ilə müqayisədə daha pis qidalanırlar.