Xəbərlər

İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib
07 mart, 2016 17:03

Azərtac-a istinadən xəbər verir ki, Mixeil Canelidze Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. 

Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini söylədi.

Ölkələrimizin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd etdi. Azərbaycan ilə Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən dövlətimizin başçısı özünün Gürcüstana ötənilki uğurlu rəsmi səfərini xatırladı. Əməkdaşlığımızın fəal şəkildə davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana səfərinin ölkələrimiz arasında cari il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi. 

Gün.Az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.