Yunan-Roma güləşçilərimiz üçün uğurlu olmayan yeni reytinq siyahısı açıqlandı
04 mart, 2016 16:01
Azərbaycan Güləş Federasiyasın (AGF) istinadən xəbər verir ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb.
Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb.
Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb.
Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır.
59 kq
2. Rövşən Bayramov (2)
66 kq
9. Həsən Əliyev (8)
71 kq
1. Rəsul Çunayev (1)
75 kq
6. Elvin Mürsəliyev (6)
80 kq
5. Rafiq Hüseynov (6)
85 kq
5. Saman Təhmasibi (2)
13. İslam Abbasov (13)
98 kq
19. Şalva Qadabadze (16)
130 kq
4. Sabah Şəriəti (4)
Qeyd edək ki, idmançıların adları qarşısında mötərizədə göstərilən rəqəm onların əvvəlki reytinq siyahısında tutduqları yeri bildirir.