Xəbərlər

Məlahət Abbasovaya Türkiyədə yüksək vəzifə verildi
04 mart, 2016 16:00

APA-ya istinadən xəbər verir ki, azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib.

Şəhər teatrlarının fəaliyyətinin gücləndirilməsi planları çərçivəsində bu vəzifəyə gətirilən Məlahət Abbasova verdiyi açıqlamada ona göstərilən etimaddan çox məmnun olduğunu vurğulayıb.

Təyinata görə İstanbul bələdiyyə bakanlığına, bələdiyyənin mədəniyyət idarəsinin rəisi Əbdürrəhman Şənə, İstanbul şəhər teatrlarının müdiri Saleh Əflioğluna və Şəhər teatrlarının bədii rəhbəri Süha Uyğura təşəkkürünü bildirən azərbaycanlı sənətkar deyib:

“Avropa və Asiya qitələrinin ən böyük sənət ocaqlarından biri olan İstanbul bələdiyyəsi Şəhər teatrlarının 7 salonu,1000-dən artıq əməkdaşı var. Bu cür mötəbər bir sənət ocağında bədii rəhbəri kimi məsul vəzifəyə təyin edilməyimi 25 ildən bəri bu qurumda çəkdiyim zəhmətə verilən mükafat kimi qiymətləndirirəm.

Qurumda fəaliyyət göstərən yeganə azərbaycanlının məsul vəzifəyə təyin edilməsi də önəmli hadisə sayılmalıdır. Şəhər teatrlarının əməkdaşları ilə daima hərarətli münasibətlərimiz olub. Məni burada hamı sevib.

Mən də öz işimə daima məsuliyyətlə yanaşmışam. İstanbul bələdiyyəsi Şəhər teatrlarının fəaliyyətini daha da gücləndirməyimiz üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

Şəhər teatrlarındakı stajı nəzərə alınaraq ən yüksək məmur statusu qazandığını da sözlərinə əlavə edən Məlahət Abbasova indiyə qədər olduğu kimi bundan sonrakı fəaliyyətində də Azərbaycan dramaturgiyasının önəmli əsərlərinin Şəhər teatrlarında tamaşaya qoyulmasında fəal iştirak edəcəyini vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.