Vahid Əhmədov dollar kreditləri ilə bağlı: “İnsanlar bu problemdən beziblər”
04 mart, 2016 15:56
V.Əhmədov parlamentin iclasında qeyd edib ki, dollarla kredit məsələsi çox ciddi problem olaraq qalmaqdadır:
“Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağlı dəfələrlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir. İnsanları bu problemdən qurtarmaq lazımdır”.