Xəbərlər

Gələn ay Çexiyada “Qalaaltı”nın təqdimatı olacaq
03 mart, 2016 16:39

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev, turizm üzrə ekspert Ceyhun Aşurovdan ibarət nümayəndə heyəti “Qalaaltı” Sağlamlıq və İstirahət Mərkəzində səfərdə olublar.

Vüqar Şixəmmədov səfərin məqsədi barədə kurort rəhbərliyinə məlumat verərək bildirib ki, “Qalaaltı” kurort mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına (ATTŞA) üzv seçilib. Bu ilin aprel ayında Çexiyanın Karlova Varı şəhərində keçiriləcək toplantıda üzvlük rəsmi şəkildə kurort rəhbərliyinə təqdim ediləcək. Həmin təqdimatda isə “Qalalatı” kurortunun nümayəndəsinin iştirakı da nəzərdə tutulub.

Şöbə müdiri həmçinin nəzərə çatdırıb ki, eyni istiqamətdə 6 marşrut üzrə layihə təqdim edilib və sevindirici məqamdır ki, ötən ilin iyun ayında ATTŞA-nın nümayəndələri Azərbaycana səfər edib və “Qalaaltı” kurortunu üzvlüyə layiq biliblər. Burada strateji əhəmiyyət də mühüm önəm kəsb edir.

Günel Aslanova isə bildirib ki, ötən ilin iyul ayında Bursa şəhərinin vitse qubernatoru Ahmet Hikmet Şahin və ATTŞA-nın layihə ekperti Tomas Pinet “Qalaaltı” da səfərdə olublar. Bu layihəyə 14 ölkə üzvdür. Bu ilin aprel ayının 14-də Çexiyada “Qalaaltı”nın təqdimatı reallaşacaq. G. Aslanova layihənin reallaşmasını gələcəkdə regionun Avropada tanıdılması və turistlərin cəlb olunması üçün unikal addım adlandırıb.

Ruslan Quliyev Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirərək Sağlamlıq Turizminin istiqamət kimi qəbul olunmasından məmnunluğunu ifadə edib. Əlavə edib ki, Sağlamlıq Turizmi ilə bağlı Azərbaycanın ənənələri mövcuddur və bu ənənələrin bərpası yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Mövcud olan bazanın təqdim edilməsi bizim əsas prioritet istiqamətimizdir. ASTTD-nın yaradılması da ölkənin bu sahədə potensialını daha geniş şəkildə tanıtmaqdır. R. Quliyev əlavə edib ki, layihənin davamlı olması üçün bütün səmərəli təkliflərdən istifadə etmək lazımdır: "Ölkədə fəaliyyət göstərən sağlamlıq mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarının və turizm axınına da müsbət təsiri özünü göstərəcək. Burada dövlətlərarası saziş var və gələcəkdə bu layihənin bəhrəsini görəcəyik".

Sonra “Qalaaltı” Sağlamlıq və İstirahət Mərkəzinin rəhbəri Erkut Karaçocuk qonaqlara göstərilən təşəbbüsə görə minnətdarlığını və birgə əməkdaşlıq üçün görüləcək işlərə hər zaman açıq olduqlarını bildirib. O, layihə çərçivəsində reallaşacaq razılaşmalarda Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyi və ASTTD ilə birgə təqdimatın detalları, üzv ölkələrin növbəti toplantısının Azərbaycanda keçirilməsi eləcə də “Qalalatı”nın gələcəkdə təbliğat-təşviqat işlərinin aparılması yönündə birgə işlər müzakirə olunub.

Müzakirələrdən sonra “Qalaaltı” ilə tanışlıq olub. Mərkəzin baş həkimi Vahid Vəliyev burada fəaliyyət göstərən diaqnostik poliklinika, fizioterapeya otaqları, ən müasir tibbi avadanlıqlarla təhciz olunmuş laboratoriyalar haqqında məlumat verib. Mərkəz gün ərzində 800-dən artıq qonağı qəbul etməyə imkan verir. Burada həmçinin masaj, trenajor zalları da fəaliyyət göstərir. Zövqlü otaqlar və konfrans zalları da fəaliyyətdədir ki, hər bir qonağın büdcəsinə uyğun xidmət təklif olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.