Xəbərlər

Məleykə Abbaszadə: “Yaxşı olardı ki, qəbul imtahanlarını ildə 2-3 dəfə keçirmək imkanımız olsun"
03 mart, 2016 16:38

Trend-ə istinadən xəbər verir ki, TQDK sədri iradlardan birinin  test imtahanının çatışmazlığı kimi məzunun taleyinin 3 saatda həll edilməsi ilə bağlı olduğunu bildirib:

“Mən bu iradı yaxşı başa düşürəm. Kimsə bir gün xəstə ola bilər və onun həmin günki nəticəsi real nəticəsindən fərqli ola bilər. Yaxşı olardı ki, qəbul imtahanlarını ildə heç olmasa, 2-3 dəfə keçirmək imkanımız olsun və beləliklə, hər kəs öz vaxtını özü seçsin.

Hazırda əvvəlki və bu ilki ilin məzunları üçün qəbul imtahanları ayrı-ayrı vaxtlarda keçirilir. Aydın məsələdir ki, bu ilki məzunlar ancaq proqramı tam keçdikdən sonra imtahanda iştirak edə bilərlər. Ancaq hər bir uşağa bir ildə 2-3 dəfə imtahanda iştirak etməyə və onun ən yaxşı nəticəsinin nəzərə alınmasına imkan vermək çoxlu maliyyə vəsaiti tələb edəcək”.

M.Abbaszadə ildə bir neçə dəfə imtahan keçirilməsi üçün xərclərin artırılmasının lazım olduğunu qeyd edib:

“SAT imtahanları ildə 3-4 dəfə keçirilir, amma hər bir iştirakçı bir imtahanda iştirak etmək üçün 80-90 dollar ödəyir. Türkiyədə qəbul imtahanlarının ayrı-ayrı mərhələləri ödənişli olmaqla ümumilikdə təxminən 40-50 dollar təşkil edir. Bizim imtahanlarda iştirak üçün isə rüsum 2 manatdır. Bir abituriyentin imtahan verməsi dövlətə təxminən 20 manata başa gəlir. Buna görə də rüsumlar imtahanların xərcinin cüzi hissəsini təşkil edir. Abituriyentlər üçün il ərzində bir necə dəfə imtahan keçirmək üçün bizim xərclərimiz artmalıdır”.

TQDK sədri sözlərinə əlavə edib ki, bütün bunlara baxmayaraq 3 saat abituriyentin öz biliyini göstərməsi üçün tam normaldır:

“İmtahan 3 - 3,5 saatdan çox ola bilməz. Əsas odur ki, sualların sayı fənlər üzrə 25-30-dan az olmamalı, suallar proqramı əhatə etməlidir. Belə halda bizim abituriyentləri bir-birindən fərqləndirmək imkanımız olur. Test imtahanı uşaqların biliyini müəyyənləşdirmək, onları bilik səviyyəsinə görə sıralamaq üçün kifayət qədər standartlaşdırılmış, şəffaf imtahandır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.