Məşhur “Formula 1” pilotu Bakıda keçiriləcək 1 Avropa Qran Prisinin rəsmi elçisi oldu
02 mart, 2016 15:07
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Shah Palace Hotel-də keçirilən Bakı Şəhər Halqası ilə Bakının üç seçilmiş oteli arasında baş tutacaq Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində açıqlayıb.
Məlumat üçün bildirək ki, Fernando Alonso Formula 1 tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çemiponu tituluna yiyələnib, 32 dəfə Qran Pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podyuma çıxıb.
F.Alonso, eyni zamanda, bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran Pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. O, 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran Pri yarışı daxil olmaqla məhz bu Qran Pri yarışlarında ümumilikdə 3 dəfə birincilik əldə edib.
Rəsmi elçi kimi fəaliyyətə başlayan Alonso, 8-9 mart tarixlərində Bakıya ikigünlük səfər edəcək. Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək.