İqtisadiyyat nazirliyinin rəsmisi “Qeyri-neft məhsullarının ixracı zamanı təşviqi ilə bağlı tədbirlərdən danışıb
02 mart, 2016 15:01
Nazir müavini deyib ki, ölkə başçısının ötən gün imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman da qeyri-neft sektoruna verilən əlavə dəstəkdir.
Onun sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3 faizi dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək.
“Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir.
Bu cür tədbirlər həmin sahibkarların istehsal etdiyi məhsulların rəqabətqabiliyyətliliyini artıracaq” - deyə, S.Məmmədov daha sonra qeyd edib.