Xəbərlər

Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb
01 mart, 2016 11:56
Memorandumu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.
 
Fevralın 29-da baş tutan görüşdə tərəflər könüllü fəaliyyət sahəsindəki əməkdaşlıq çərçivəsində könüllülük fəaliyətinin təşviqi və təbliği haqqında razılığa gəliblər.
 
İmzalanma mərasimində çıxış edən İrana Əhmədova, “ASAN xidmət”lə olan əməkdaşlığın Avropa Qran Prisinin keçirilməsinə böyük töhfə verəcəyini bildirib:
 
““ASAN xidmət”in könüllüləri hər zaman öz intizamı, bacarıqları ilə seçilirlər və onlara tapşırılmış işləri yüksək səviyyədə həyata keçirmək üçün əllərindən gələni edirlər. Məhz Avropa Qran Prisində belə könüllülərin iştirakı yarışın yüksək səviyyədə təşkil olunmasına rəvac verəcəkdir”.
 
Daha sonra çıxış edən Elvin Paşayev qeyd edib ki, “ASAN xidmət” ilə Bakı Şəhər Halqası arasında bağlanan bu memorandum ölkədəki könüllülük hərəkatının daha geniş müstəvidə yayılmasına zəmin yaratmış olacaq. O vurğulayıb ki, ASAN könüllülərinin bu önəmli yarışda könüllü kimi iştirakı onlarda mövcud bacarıqların daha da təkmilləşməsinə və  beynəlxalq layihələr üzrə müxtəlif bacarıqların qazanılmasına şərait yaradacaq.
 
Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, bütün “ASAN xidmət” mərkəzlərində BŞH-nın Könüllülük Proqramı və Avropa Qran Prisi ilə əlaqədar təbliğat işləri aparılacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.