Xəbərlər

Nigar Arpadarai: "“Formula-1” yarışları zamanı 10-12 min xarici turistin gələcəyi gözlənilir"
01 mart, 2016 11:55
AZƏRTAC-a istinadən xəbər verir ki, bunu bu ilin iyununda Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai dilə gətirib.
 
N. Arpadarai deyib ki, martın sonundan etibarən “Formula-1” təqvimi canlanır. İlk yarış Avstraliyada olacaq:
 
"Biz də çalışacağıq ki, yarış zonalarında təbliğat xarakterli tədbirlər keçirək. Beynəlxalq mətbuatla da ünsiyyətimiz olacaq. Bu da xaricdən olan turistləri cəlb etmək üçün atılan addımdır. 
 
Bizə olan diqqət böyükdür. Dünyada olan “Formula-1” mediasının, ən önəmli resursların və kanalların gözü bizdədir. Bu yaxınlarda “Formula-1”in rəsmi saytında Bakı haqqında videoçarx da yayımlanıb. 
 
Diqqət böyükdür və biz çox həyəcanla iyunda bütün “Formula-1” azarkeşlərini Bakıda salamlamaq üçün bu vaxtı gözləyirik”.
 
Ümumilikdə yarış üçün 30 min oturacaq və əlavə olaraq 10 min ayaqüstü yerlərin nəzərdə tutulduğunu söyləyən N. Arpadari 10-12 min xarici turistin ölkəmizə gələcəyini deyib. 
 
Bildirib ki, onların yerləşdirilməsi üçün xüsusi otellərlə iş birliyi qurulub. 
 
Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi ilə də əlaqələr yaradılıb. 
 
Artıq bu qurum tərəfindən lazımi işlər görülür:
 
"Hesablamalarımıza görə, artıq otellərin 60-65 faizi tutulub. Bu, çox gözəl göstəricidir".
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.