Mladen İvaniç: “Nizami Gəncəvi irsini yaymaq imkanına sahib olmaqdan şərəf duyuram”
01 mart, 2016 11:54
“Böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideyaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır”- deyə o bildirib.
M. İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, Mərkəzin həyata keçirəcəyi önəmli işlərə öz töhfəsini verməyə hazırdır. O, həmçinin Nizami Gəncəvi irsini təbliğ etmək imkanına sahib olmaqdan şərəf duyduğunu bildirib.