Xəbərlər

İlham Əliyev İtaliyanın Nazirlər Şurasının dövlət katibini qəbul edib
29 fevral, 2016 14:56

AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasının səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətinin tədbirdə iştirakının önəmini qeyd etdi.

İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasında iştirakından məmnun olduğunu dedi. O, İtaliya Respublikasının Baş naziri Matteo Renzinin Prezident İlham Əliyevlə ötən ilki görüşünü məmnunluqla xatırlayaraq Baş nazirin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. 

Qonaq “Cənub Qaz Dəhlizi” layihəsinin həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Ölkəsinin bütövlükdə bu layihəyə, xüsusilə Trans-Adriatik boru kəmərinin çəkilişinə böyük dəstək verdiyini və İtaliya hökumətinin bu istiqamətdə lazımi addımları atacağını deyən Klaudio De Vinçenti layihənin enerji təchizatı və nəqlinin şaxələndirilməsi baxımından da vacib olduğunu qeyd etdi.

Görüşdə ölkələrimiz arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi, bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İtaliya Respublikasının Baş naziri Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.