Xəbərlər

UEFA-nın baş katibi FIFA prezidenti oldu
29 fevral, 2016 14:53

Ali futbol qurumunun Növbədənkənar Konqresində prezidentlik uğrunda   İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Cianni İnfantino, Asiya Futbol Konfederasiyasının  prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparır.

Artıq seçkilərin ilk turu arxada qalıb. Ancaq bu turda qalib müəyyənləşməyib. Belə ki, ən çox səsi İnfantino yığıb. Ona 88 ölkənin milli federasiyası səs verib. Şeyx Salman ibn-İbrahim əl-Xəlifə 85,  Əli bin əl-Hüseyn 27, Jerom Şampan isə cəmi 7  səs yığa bilib.

Nizamnaməyə görə heç bir namizəd qalib olmaq üçün lazım olan səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün seçkinin nəticəsi növbəti turda müəyyənləşib.

Bu mərhələdə hər kəsi qabaqlayan İnfantino ali futbol qurumunun yeni prezidenti olub. O, mümkün olan 207 səsdən 115-ini qazanaraq, ikinci turdakı ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayıb. İlk turun ikincisi Şahzadə Əli ibn əl-Hüseyn isə həlledici mərhələdə cəmi 4 səs toplaya bilib.

Yeni prezident 4 il müddətinə seçilib. Qeyd edək ki, konqresdə AFFA-nı prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.