İlham Əliyev və Vladimir Putin Suriya məsələsini müzakirə ediblər
25 fevral, 2016 17:13
Rusiya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçıları ticarət- iqtisadi əməkdaşlıq və beynəlxalq gündəmin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Prezidentlər, həmçinin Suriya məsələsi ətrafında fikir mübadiləsi aparıblar, hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Liderlər təmasların davam etdirilməsini qərara alıblar.