Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” və Türkiyə millisinin əfsanəvi futbolçusu, keçmiş millət vəkili Hakan Şükür Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında “Twitter”də yazdığı statuslara görə məhkəməyə verilib.
Ərdoğanın vəkili Əhməd Özəl və Bəkir Savram adlı şəxs Hakan Şükürü Ərdoğanı təhqir etdiyini iddia edərək onu məhkəməyə veriblər.
Məhkəmədə iddiaya baxılıb və Hakan Şükürün “Twitter”də yazdığı statusların hədəfinin Ərdoğan olduğunu qənaətinə gəlinib.
Məsələ ilə bağlı Bakırköy 28. Asliyə Cəza Məhkəməsi iddianaməni qəbul edərək məhkəmə prosesi günü təyin edib. İddianamədə Hakan Şükür haqqında “Prezidentə həqarət” maddəsi ilə 1 ildən 4 ilə qədər cəza istənilir.
Məlumat üçün bildirək ki, Hakan Şükür 2013-cü ildə üzvü olduğu AKP-dən istefa edərək fəaliyyətini bitərəf olaraq davam etdirmiş, 2015-ci ildə keçirilən parlament seçkilərində namizədliyini yenidən versə də millət vəkili seçilməmişdi.