Fransız musiqiçi Bakıda muğam ifaçısı ilə birgə konsert verəcək
25 fevral, 2016 17:05
Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Azərbaycana ilk dəfə səfər edən P.Treqome konsert proqramında Azərbaycanda Fransız İnstitutu, Bakıda Fransa səfirliyi və YARAT müasir incəsənət mərkəzi, məşhur Fransız markası olan Presidentin təşkilatçılığı ilə çıxış edəcək.
Onunla birlikdə səhnəni muğam ifaçısı Qoçaq Əsgərov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, tarda İsmayıl Zülfüqarov bölüşəcəklər.
Konsertdə muğam, ənənəvi musiqi, caz musiqisi və müasir musiqilər ifa ediləcək. Hazırlıq mərhələsində olan proqrama Pier Treqomənin fərdi kompozisiyaları, kamança ustası Elnur Mikayılovun bir kompozisiyası, muğam və musiqi improvizasiyası daxildir.