Xəbərlər

Nazirdən xəbərdarlıq: "Xam neft hasilatını azaltmayacağıq"
25 fevral, 2016 17:01

Bu barədə "Reuters"  Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuaymiyə istinadən məlumat yayıb.

 O, keçən həftə Səudiyyə Ərəbistanı, Venesuela, Qətər və Rusiya ilə qəbul edilən xam neft hasilatının yanvardakı səviyyədə saxlamaq qərarının bazara müsbət təsir etdiyin bildirib. 

Neft istehsalçısı ölkələr arasındakı inamın az olduğunu qeyd edən nazir deyib: 

“Hasilatı azaltma ilə bağlı fikirlərlə vaxt itirməyə ehtiyac yoxdur. 

Çünki hasilatı azaltmayacağıq”.

Xatırladaq ki, fevralın 16-da Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv bəzi ölkələr – Səudiyyə Ərəbistanı, Qətər və Venesuela ilə Rusiyanın neft nazirlərinin keçirdiyi görüşdə xam neft hasilatının stabil saxlanılmasına dair razılığa gəlinib.

 Görüşdə hasilatın yanvarın 11-də razılaşdırılan səviyyədə dondurulması barədə qərar qəbul edilib. 

Fevralın 17-də Tehranda OPEC-ə üzv ölkələr – İraq, Qətər və Venesuelanın neft nazirləri ilə keçirilən görüşü şərh edən İranın neft naziri Bijən Namdar Zəngənə isə ölkəsinin neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEC və qeyri-OPEC ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəklədiyini açıqlayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.